Modern.az

Rusların dinc sakinləri hədəfə alması ilə bağlı yeni faktlar - FOTO

Rusların dinc sakinləri hədəfə alması ilə bağlı yeni faktlar - FOTO

Dünya

25 Yanvar 2023, 14:22

Xarkov prokurorluğu Rusiya qüvvələrinin Ukrayna ərazisində mülki insanları hədəfə alması barədə yeni faktlar açıqlayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, yeni faktlar Xarkov vilayətinin İzyum rayonundakı Borovaya qəsəbəsi ilə bağlıdır.

 

Belə ki, Rusiya qüvvələri 14 aprel 2022-ci ildə qəsəbə işğal olunarkən təxliyə olunmağa çalışan dinc əhaliyə qarşı atəş açıb.

 

İstintaqın gedişində ekshumasiya həyata keçirilib və bir sıra faktlar üzə çıxarılıb.

 

Belə ki, qəsəbəni tərk edərkən 2 avtobusdan ibarət nəqliyyat karvanına atəş açılması nəticəsində 9 dinc sakin həyatını itirməsi məlum olub. Daha 13 nəfərin isə xəsarət aldığı müəyyən edilib.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi