Modern.az

“Leopard”lar Ukraynaya göndəriləcək - Almaniya daşı ətəyindən tökdü

“Leopard”lar Ukraynaya göndəriləcək - Almaniya daşı ətəyindən tökdü

25 Yanvar 2023, 14:43

Almaniyanın Nazirlər Kabineti Ukraynaya "Leopard 2" tanklarının tədarükü ilə bağlı yekun qərar verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, qərara əsasən, Almaniya Ukraynaya tankları göndərəcək.

 

Bildirilib ki, 14 ədəd "Leopard 2" tankı Kiyevə təhvil veriləcək.

 

Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son görüşündə Berlinin buna qarşı çıxması böyük tənqidlərə səbəb olmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır