Modern.az

ABŞ artilleriya mərmisi istehsalını 6 dəfə artırır - Ukraynaya görə

ABŞ artilleriya mərmisi istehsalını 6 dəfə artırır - Ukraynaya görə

25 Yanvar 2023, 14:58

ABŞ Ukraynanı təmin etmək üçün artilleriya mərmisi istehsalını 6 dəfə artıracaq.

 

Modern.az xəbər verir ki, bunu "The New York Times" nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadla yazıb.

 

Bildirilib ki, 2 il ərzində aylıq 90 min ədədə qədər artilleriya mərmisinin istehsalı nəzərdə tutulub: "Söhbət Ukraynada geniş istifadə olunan 155 millimetrlik kalibrə malik mərmilərdən gedir. Hazırda ABŞ aylıq yalnız 14.4 min ədəd belə mərmi istehsal edir".

 

"Layihə milyardlarla dolların sərf olunmasını, yeni zavodların tikilməsini və yeni istehsalçıların cəlb olunmasını tələb edir. ABŞ-da bu miqyasda istehsal hətta Koreya müharibəsi dövründə də olmayıb. Pentaqonun hesabatına görə, bu, son 40 ildə ABŞ müdafiə sənayesinin ən genişmiqyaslı modernizasiyası tədbirlərinin tərkib hissəsidir. Mütəxəssislər hesab edir ki, rəsmi Vaşinqtonun öz ehtiyacları üçün bu sayda istehsala gərək yoxdur. İstehsalın artırılması Ukraynanın müdafiəsi üçün zərurət təşkil edir", - məqalədə qeyd olunub.

 

"Qərar onu göstərir ki, ABŞ Ukraynanı müharibənin nə qədər davam etməsindən asılı olmayaraq sona qədər dəstəkləməyi planlaşdırır", - deyə nəşr yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı