Modern.az

Ohanyanı da Tonoyanın aqibəti gözləyir - Eyni iş üzrə mühakimə...

Ohanyanı da Tonoyanın aqibəti gözləyir - Eyni iş üzrə mühakimə...

26 Yanvar 2023, 09:47

Ermənistanın sabiq müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının sədri Seyran Ohanyanın işi üzrə detallar açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

 

Bildirilib ki, Ohanyan da hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanla birgə mühakimə oluna bilər. Söhbət Müdafiə Nazirliyi xətti ilə silah-sursat alınarkən vəsaitlərin mənimsənilməsindən gedir. Ohanyan artıq bu iş üzrə şahid kimi dindirilib.

 

Məlumata görə, 2011-ci ildə Ermənistanın raket tədarükü zamanı Ohanyan bir sıra nöqsanlara yol verib.

 

Qeyd edək ki, bundan əvvəl prokurorluq Ohanyanla bağlı araşdırmalara başlamaq üçün parlamentdən icazə istəmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər