Modern.az

Minsk qrupu fəaliyyət göstərmir - Dövlət Departamenti

Minsk qrupu fəaliyyət göstərmir - Dövlət Departamenti

26 Yanvar 2023, 10:10

"ATƏT-in Minsk Qrupu bir müddətdir ki, fəaliyyət göstərən qurum deyil, lakin biz ikitərəfli və çoxtərəfli qaydada, tərəfdaşlarımızla birlikdə və tərəflərin özləri ilə işləməyə hazırıq".

 

Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

 

"Laçın dəhlizi son günlər dövlət katibi Blinkenlə həm Ermənistan, həm də Azərbaycan liderləri arasında müzakirə mövzularından olub. Biz irəliyə doğru yolun danışıqlardan keçdiyinə inanırıq. Biz davamlı sülhü dəstəkləməyə sadiq qalırıq. İstər ikitərəfli olsun, istər ATƏT vasitəsilə çoxtərəfli olsun, istərsə də masa arxasında həm erməni, həm də azərbaycanlı həmkarlarımızla üçtərəfli olsun, biz həm sözdə, həm də əməldə tərəflərlə əlaqə saxlamağa hazır olduğumuzu nümayiş etdirmişik. Hər şeydən əvvəl biz inanırıq ki, danışıqlar irəliyə doğru yoldur", - o söyləyib.

 

"Bizim avropalı tərəfdaşlarımızın monitorinq missiyaları var, sahədə mövcudluğu var. Ermənistanla Azərbaycan arasındakı məsələlərlə bağlı avropalı tərəfdaşlarımızla nəzərəçarpacaq dərəcədə sıx və geniş şəkildə işləyirik. Beləliklə, biz öz məlumatlarımızı avropalı tərəfdaşlarımızla paylaşırıq. Bu, onlara da aiddir. Və biz inanırıq ki, Avropalı tərəfdaşlarımızla, lazım gəldikdə ATƏT vasitəsilə, effektiv olarsa, birbaşa tərəflərlə sıx əməkdaşlığa davam edək. Biz bütün bunları etdik və davamlı sülh və gərginliyin azaldılması üçün təsirli olduğunu düşündüyümüz işləri görməyə davam edəcəyik", - deyə ABŞ rəsmisi əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir