Modern.az

Raketdən qorunmaq üçün metroya axışdılar - FOTOLAR (YENİLƏNİB)

Raketdən qorunmaq üçün metroya axışdılar - FOTOLAR (YENİLƏNİB)

26 Yanvar 2023, 14:08

Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya qüvvələri tərəfindən raket zərbəsi endirildikdən sonra şəhər sakinləri kütləvi şəkildə metrostansiyalara axın edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, hazırda stansiyalarda xeyli insanlar var.

 

Bildirilib ki, Kiyevə Rusiya tərəfindən 20 raket atılıb. Onların hamısı zərərsizləşdirilib. Şəhərdəki infrastruktur obyektləri ştat rejimində fəaliyyətini davam etdirir.

 

 

Fotolar "Reuters"ə məxsusdur.

 

***

12:44

 

Rusiyanın Ukrayna paytaxtı Kiyevə raket zərbəsi endirməsi nəticəsində 1 dinc sakin həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko "Telegram" kanalında yazıb.

 

Bildirilib ki, daha 2 mülki şəxs isə xəsarət alıb.

 

 

***

12:14

 

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış səsləri eşidilib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko "Telegram" kanalında yazıb.

 

Rusiyanın raket zərbələri ilə bağlı məlumatlar var.

 

***

10:40

 

Rusiyanın atdığı raketlərdən biri Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən səmada vurulub.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında yazıb.

 

Nikolayevsk vilayətinin hərbi administrasiya rəhbəri Vitali Kim isə "Telegram" kanalında daha 3 raketin atıldığı barədə məlumat verib.

 

***

10:20

 

Ukraynanın şimal-qərbinə azı 2 raket zərbəsi endirilib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Nikolayevsk vilayətinin hərbi administrasiya rəhbəri Vitali Kim "Telegram" kanalında yazıb.

 

Bildirilib ki, raket zərbələrinin sayı minimum 2-dir. Ölən və ya yaralananlarla bağlı informasiya dəqiqləşdirilir.

 

Kiyev, Krivoy Roq və Xmelinsk hərbi administrasiyalarından da oxşar məlumatlar verilib.

 

Qeyd edək ki, Ukraynanın bütün ərazilərində hava həyəcanı siqnalı elan edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı