Modern.az

Çavuşoğludan Pompeonun kitabına REAKSİYA - Yalandır

Çavuşoğludan Pompeonun kitabına REAKSİYA - Yalandır

26 Yanvar 2023, 12:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun yeni kitabından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə tailandlı həmkarı ilə birgə keçirdiyi imzalama mərasimində söz açıb.

 

"Keçmiş həmkarımız Pompeo deyəsən o kitabı seçki kampaniyasını başlatmaq üçün yazıb. Belə düşünürəm. Kitabda həqiqətə uyğun olmayan bilgilər var. Diplomatik dillə deyirəm, siz buna yalan da deyə bilərsiniz. Şişirtmə və ikili standart var", - deyə XİN başçısı söyləyib.

 

Nazir Əfqanıstanda baş verənləri xatırladıb və İŞİD-ə qarşı Türkiyə ordusunun apardığı mübarizəni vurğulayıb.

 

Qeyd edək ki, Mayk Pompeonun bu yaxınlarda nəşr olunan kitabında Türkiyə əleyhinə fikirlər yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır