Modern.az

Ukrayna 100 hərbçisini Norveçə göndərir - SƏBƏB

Ukrayna 100 hərbçisini Norveçə göndərir - SƏBƏB

26 Yanvar 2023, 13:28

Ukrayna Silahlı Qüvvələrinin 100 hərbi qulluqçusu Norveçə yola düşəcək.

 

Modern.az Norveçin "Dagens Næringsliv" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Börn Arild Qram məlumat verib.

 

Bildirilib ki, onlar Norveçdə hərbi təlim keçəcəklər. Təlimlər 5-6 həftə davam edəcək.

 

Hərbçilər atış hazırlıqları, komando təlimləri, ekstremal şəraitlərdə tibbi yardım göstərilməsi qaydaları və digər lazımi hərbi bilik və bacarıqlara yiyələnmək üçün təlimə cəlb olunacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!