Modern.az

Bu ölkələr ortaq valyutadan istifadə edirlər

Bu ölkələr ortaq valyutadan istifadə edirlər

26 Yanvar 2023, 17:54

Cənubi Amerika qitəsinin iki ən böyük iqtisadiyyatına malik ölkəsi - Braziliya və Argentina ümumi valyuta sisteminə keçməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, ümumi pul vahidinin adının cənub mənasına gələn “sur” olması gözlənilir.

 

Bildirilir ki, "Sur”un məqsədi region ölkələri ilə ticarəti canlandırmaq və ABŞ dollarından asılılığı azaltmaqdır.

 

Qeyd edək ki, hazırda bir sıra ölkələr ümumi pul vahidindən istifadə edir. Onlardan bəzilərini təqdim edirik:

 

1.Avro: Bu pul vahidindən Avropa İttifaqına üzv dövlətlər, San Marino və Andorra istifadə edir.

2. Qərbi Afrika CFA frankı: Qərbi Afrika Mərkəzi Bankının üzvü olan səkkiz Qərbi Afrika ölkəsi;

3.Mərkəzi Afrika CFA frankı: Mərkəzi Afrika Mərkəzi Bankının üzvü olan altı Mərkəzi Afrika ölkəsi;

4.CFP frankı: Keçmiş Fransa koloniyası Sakit okean ada ölkələri;

5. Şərqi Karib dolları: səkkiz Karib ölkəsi;

6. Cənubi Afrika randı: Cənubi Afrika, Lesoto, Namibiya, Esvatini;

 

Bəzi ekspertlər vurğulayırlar ki, ortaq valyutanın bəzi mənfi cəhətlərinin olması mümkündür. Mənfi cəhətlərdən biri kimi məhz ölkələrin iqtisadi problemləri həll edərkən öz pul siyasətindən istifadə edə bilməməsi göstərilir. 

 

Məsələn, ümumi valyutadan istifadə edən ölkələr faiz dərəcələrinin necə olacağına özləri qərar verə bilmirlər. Belə olan halda məzənnəyə nəzarət itir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir