Modern.az

Ukraynada ordunun pulunu oğurlayan yüksək vəzifəli hərbçi TUTULDU - FOTOLAR

Ukraynada ordunun pulunu oğurlayan yüksək vəzifəli hərbçi TUTULDU - FOTOLAR

3 Fevral 2023, 15:14

Ukrayna Təhlükəsizlik Xidməti ordu üçün məhsulların alışı üzrə daha bir maxinasiya sxemini aşkarlayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bir sıra yeni faktlar üzə çıxıb.

 

Məlum olub ki, Müdafiə Nazirliyinin idarələrindən birinin vəzifəli şəxsləri hətta istehsalat bazası və avadanlıqları belə olmayan müəssisələrlə hərbçilər üçün məhsulların tədarükünə dair müqavilələr bağlayıblar.

 

Məhsulların tam tədarükü sxeminin iştirakçıları vəsaitləri mənimsəyərək Müdafiə Nazirliyinə 119,5 milyon qrivna ziyan vurublar.

 

Bildirilib ki, Hərbi hissələrdən birinin komandiri də saxlanılıb. O, şəxsi heyətin qidalanması üçün ayrılmış təxminən 2,4 milyon qrivna pulu mənimsəyib.

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər