Modern.az

Ukrayna Silahlı Qüvvələri hələ çox təlim keçməlidir - NAZİR

Ukrayna Silahlı Qüvvələri hələ çox təlim keçməlidir - NAZİR

Dünya

30 Mart 2023, 12:34

"Ukrayna Silahlı Qüvvələri “Challenger 2” tanklarını döyüşdə istifadə etməyə hazır olana qədər hələ kifayət qədər çox təlim keçməlidir”.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

 

“Ukrayna ordusunun rəhbərliyi briqada və ya döyüş qrupu səviyyəsində döyüş əməliyyatlarında məşq etməli və təlim keçməlidir. Bu, NATO və ya Qərb modeli ilə döyüşmək üçün vacibdir”, - deyə nazir vurğulayıb.

 

Xatırladaq ki, həftənin əvvəlində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Challenger 2” tanklarının artıq Ukraynada olduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı