Modern.az

Ukrayna təyyarəsi Rusiyada qəzaya uğradı 

Ukrayna təyyarəsi Rusiyada qəzaya uğradı 

Dünya

5 Aprel 2023, 21:12

Ukraynaya məxsus yüngül mühərrikli təyyarə Rusiyanın Klintsovski rayonunda qəzaya uğrayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin naməlum səbəbdən Butovsk kəndi yaxınlığında qəzaya uğradığı deyilir.

 

Pilot Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, Butovsk kəndi Bryansk vilayətinin qərbində, Ukraynanın Çerniqov vilayəti ilə sərhədindən təxminən 30 kilometr aralıda yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...