Britaniyanın baş kəşfiyyatçısı Hakan Fidanın adına açılan saxta hesabı təbrik etdi

Britaniyanın baş kəşfiyyatçısı Hakan Fidanın adına açılan saxta hesabı təbrik etdi

5 İyun 2023, 09:58

Böyük Britaniyanın MI-16 kəşfiyyat xidmətinin rəisi Riçard Mur "Twitter" hesabında Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı təbrik edib.

 

Modern.az xəbər verir ki, Riçard Mur tərbik mesajında keşmiş həmkarına uğurlar arzulayıb.

 

Lakin Riçard Mur Hakan Fidanın adına açılan saxta hesabını təbrik edib. Yüzlərlə "Twitter" istifadəçisi ona hesabın saxta olduğunu bildirib. 

 

"Vay, utancvericidir! Amma hesab saxta olsa belə, ən xoş arzularım gerçəkdir!", - Mur daha sonra yazıb.

 

1252073

 

1252074

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir