İsrailli deputatlar Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində - FOTOLAR

İsrailli deputatlar Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində - FOTOLAR

Dünya

5 İyun 2023, 10:52

İsrailli deputatlar Bakıda yerləşən Kibertəhlükəsizlik Mərkəzində olublar.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik tviter səhifəsində yazıb.

 

"Knessetin xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn və deputat Ram Ben Barak Rəqəmsal İnkişaf Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Bakıdakı "Technion" Kibertəhlükəsizlik Mərkəzinə baş çəkib. Tələbələrin kibertəhlükəsizlik mövzusunda şövqü və yüksək səviyyəli təlimlərindən təsirləndilər. İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edir", - paylaşımda deyilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir