Modern.az

Paşinyan andiçmədə niyə arxada oturmuşdu? - Ankara ilə normallaşma

Paşinyan andiçmədə niyə arxada oturmuşdu? - Ankara ilə normallaşma

5 İyun 2023, 12:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində ön sırada əyləşməməsinin səbəbini açıqlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı söz açıb.

 

Paşinyanın ilk sırada deyil, ikinci sırada əyləşməsinə aydınlıq gətirən Mirzoyan bildirib ki, bu, protokol məsələsidir. 

 

"Bütün baş nazirlər ikinci sırada oturublar. Onların arasında Macarıstanın baş naziri Viktor Orban da var ki, o, Ərdoğan üçün mühüm şəxsdir", - o əlavə edib.

 

"Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində danışıqlarda heç bir ilkin şərt irəli sürməyib", - nazir qeyd edib. Onun sözlərinə görə, qondarma "soyqırımı" məsələsi gündəmdə deyil və olmayıb: "Məqsəd münasibətlərin yekun həllidir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir