Modern.az

Ukraynalılar F-16 təlimlərini bu ölkədə keçə bilər 

Ukraynalılar F-16 təlimlərini bu ölkədə keçə bilər 

Dünya

4 Avqust 2023, 18:51

ABŞ Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Press Latina" nəşri yazıb.

 

Məlumata görə, bir neçə həftə əvvəl adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki Ruzvelt-Rouds hərbi-dəniz bazasında keçirilən iclasda ukraynalı pilotların burada təlim keçəcəyi açıqlanıb. Bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır.

 

Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski avqust ayında ukraynalı pilotların F-16 təyyarələrində təliminin başlayacağına ümidini ifadə etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi