Modern.az

Peskov Putinin namizədliyindən və daha nələrdən DANIŞDI

Peskov Putinin namizədliyindən və daha nələrdən DANIŞDI

Dünya

13 Noyabr 2023, 13:36

"Kreml vətəndaşların Qəzzadan təxliyəsi üçün iştirak edən bütün tərəflərin göstərdiyi yardımı alqışlayır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya Federasiyası Qəzza zolağından rusların təxliyəsi prosesinin davam edəcəyini gözləyir. Qəzza zolağından rusların təxliyəsi prosesi gərgin işlərlə müşayiət olunur, görüləsi işlər çoxdur. Putin hələ 2024-cü il prezident seçkilərində iştirakla bağlı heç bir qərar verməyib. Ərdoğanla telefon danışığı hələ Putinin planında deyil, lakin belə bir söhbət tez bir zamanda razılaşdırıla bilər. Polşanın Belarus sərhəddində yeni tank batalyonu yaratmaq qərarı gərginliyə doğru daha bir addımdır. Putin təmaslara həmişə açıqdır, lakin onlar effektiv olmalıdır, proses xatirinə deyil. Qərb hələlik Rusiya Federasiyasının maraqlarını nəzərə almır, lakin zaman mövqelərin transformasiyasına kömək edə bilər", - sözçü iddia edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?