Modern.az

Sabiq deputatın oğlu saxlanıldı

Sabiq deputatın oğlu saxlanıldı

28 Noyabr 2023, 14:22

Qırğızıstanda Joqorku Keneşin (parlament) keçmiş deputatının oğlu saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Kazinform" agentliyi məlumat yayıb.

 

Belə ki, Milli təhlükəsizlik orqanları Qırğızıstan parlamentinin keçmiş deputatı Aleksandr Sanın oğlunu mütəşəkkil cinayətkar qrupu maliyyələşdirməkdə və cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaqda ittiham edərək saxlayıb.

 

O, Bişkekdəki “Mədinə” bazarının təsisçisinin oğlu və cinayətkar qrupun rəhbəri ilə birlikdə 300 kvadratmetr sahəsi olan premium-klass mənzili qanunsuz olaraq ələ keçirməkdə günahlandırılır ki, mənzil 300 min ABŞ dolları dəyərindədir.

 

Hazırda araşdırmalar aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri