Modern.az

Ermənistan parlamenti Azərbaycana qarşı sənədə YOX dedi

Ermənistan parlamenti Azərbaycana qarşı sənədə YOX dedi

Dünya

4 Dekabr 2023, 19:27

Ermənistan parlamentinin komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, dəyişikliklər Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.

 

Layihəni parlamentin müvafiq komissiyasına “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.

 

Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi