Modern.az

Putin Nazarbayevlə görüşüb

Putin Nazarbayevlə görüşüb

Dünya

20 Dekabr 2023, 13:42

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüş Moskvada baş tutub və təkbətək keçirilib.

"Bəli, o, həqiqətən də Moskvada idi, prezidentlə təkbətək görüşü olub. Biz bunu təsdiqləyə bilərik", - Peskov bildirib.

Görüşün gündəliyi açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?