Modern.az

Lukaşenko Rəisinin ölümünə görə bu ölkəni günahlandırdı

Lukaşenko Rəisinin ölümünə görə bu ölkəni günahlandırdı

24 May 2024, 21:16

Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ni günahlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun BELTA agentliyi məlumat yayıb.

 

O, deyib ki, bu, onun dövlət başçısı kimi deyil, bir şəxs kimi mövqeyidir.

 

“ABŞ-nin iyrənc siyasəti buna gətirib çıxardı. İlk növbədə sanksiyalar. Bu yaramazların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər. Bu dəqiqdir”, - Lukaşenko deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama