Modern.az

Cavad Zərif təyinatından 10 gün sonra istefa verdi 

Cavad Zərif təyinatından 10 gün sonra istefa verdi 

Dünya

11 Avqust 2024, 23:48

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

 

İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də sabiq xarici işlər nazirini strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.

 

Zərif Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.

 

O, paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ