Modern.az

DİN burun əməliyyatında ölən qızla bağlı məlumat yaydı

DİN burun əməliyyatında ölən qızla bağlı məlumat yaydı

Aktual

23 Avqust 2016, 11:59

Daxili İşlər Nazirliyi (DİN) burun əməliyyatı zamanı ölən Gəncə sakini barədə məlumat yayıb.

 

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 22-də Gəncə şəhərində yerləşən tibb mərkəzlərindən birində Aygün Orucova burun nahiyəsini cərrahi əməliyyat etdirmək üçün aldığı narkozdan ayılmayaraq ölüb.


Araşdırma aparılır.

Qeyd edək ki, Yeni Gəncə qəsəbəsində yerləşən "Yeni Gəncə Özəl Tibb Mərkəzində" əməliyyat zamanı ölən şəxs şəhər sakini 1999-cu il təvəllüdlü Aygül Vüqar qızı Orucova olub.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı