Modern.az

Sabah üç rayonda qaz olmayacaq

Sabah üç rayonda qaz olmayacaq

Güncel

15 Sentyabr 2016, 20:02

Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. Modern.az SOCAR-ın saytına istinadən xəbər verir ki, sabah saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Novxanı” və “Mehdiabad”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcəbədi” və “Quzanlı”, həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə-Körpü Tikinti-2” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad, Göygöl rayonunun Balçılıq və Qırıxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Ağcəbədi və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı