Modern.az

İlham Əliyev bu gün MDB-nin iclasında iştirak edəcək       

İlham Əliyev bu gün MDB-nin iclasında iştirak edəcək       

Aktual

16 Sentyabr 2016, 09:28

Prezident İlham Əliyev bu gün MDB ölkələrinin dövlət başçılarının Bişkekdə keçiriləcək iclasında iştirak edəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib.

Məlumatda deyilir:

 

"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq.

 

Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir".

 

İclasda dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılıb.

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı