Biləsuvarda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər ki, hadisə Biləsuvar rayonu İsmətli kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 252 m2 olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanının yanar konstruksiyaları 56 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az