Modern.az

ADU sertifikatla təltif olunub

ADU sertifikatla təltif olunub

Aktual

12 Aprel 2017, 12:52

2017-ci il aprelin 5-7 tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində 17-ci ixtisaslaşdırılmış “Təhsil.Karyera” adlı sərgi keçirilib.

 

Sərgidə Rusiya, İsrail, Çexiya, Kipr, Azərbaycan və bir sıra Avropa ölkələrinin tanınmış universitetləri iştirak edib. “Təhsil.Karyera” sərgisində ölkəmizi Azərbaycan Dillər Universiteti (ADU) təmsil edib. ADU-nun rektorununtəşkilati məsələlər üzrə müşaviri Zaur Gözəlov sərgidəADU-nu tanıtmaq, universitetə xarici tələbələr cəlb etmək məqsədi ilətəqdimatla çıxış edib vəali təhsil müəssisəsinin tədris prosesi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

 

Sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirən Z.Gözəlovun sözlərinə görə, ADU-da 20-dən çox müxtəlif dilin tədris edilməsi digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdirəlayiq hal kimi qiymətləndirilib.Yarmarka rəhbərliyi ADU-nun gələcəkdə keçiriləcək sərgilərdə iştirak etməsinin zəruriliyini bildirərək universitetinövbəti təhsil sərgilərinə dəvət edib.

 

Qeyd edək ki, ADU sərginin sertifikatı ilə təltif olunub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı