Modern.az

Azərbaycanda NATO Həftəsi keçiriləcək

Azərbaycanda NATO Həftəsi keçiriləcək

Актуально

7 Sentyabr 2018, 18:47

Azərbaycanda NATO Həftəsi keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə təşkilatdan bildiriblər.

 

Məlumatda qeyd olunur: “Biz Azərbaycanda NATO Həftəsi çərçivəsində sentyabrın 20-i “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın keçirilməsi barədə Azərbaycanın təklifini alqışlayırıq”.

 

NATO-dan bildiriblər ki, Azərbaycanla əməkdaşlıq 2017-2019-cu illər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) razılaşdırılıb.

 

Qeyd olunub ki, bu plan NATO ilə Azərbaycan arasında sıx münasibətləri əks etdirən, gələcəyəyönümlü plandır:

 

“Azərbaycan həmçinin qadınların təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında fəaliyyətini aktivləşdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanmasında NATO-ya köməyi üzrə səylərini yüksək qiymətləndirir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı