Modern.az

Gəncədə körpə doğuşdan sonra öldü

Gəncədə körpə doğuşdan sonra öldü

Aktual

13 Aprel 2019, 12:51

Gəncə şəhərində yeni doğulmuş  körpə ölüb.

Modern.az-ın ONA-a istinadən məlumatına görə, hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, 19 yaşlı Sona Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan bir neçə saat sonra körpə dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı