Modern.az

Güclü leysan Gədəbəydə elektrik təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ

Güclü leysan Gədəbəydə elektrik təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ

Актуально

28 May 2019, 16:42

Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.

 

Bu barədə Modern.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı