Gürcüstanın Marneuli rayonunda, Ermənistanla sərhəddə yerləşən Qaçağan kəndi ərazisində yanğın baş verib.
Modern.az “Report”a istinadən xəbər verir ki, ilk olaraq Ermənistan ərazisində qeydə alınan yanğın daha sonra Gürcüstana yayılıb.
Əraziyə 7 yanğınsöndürmə briqadası və 35-ə yaxın yanğınsöndürən cəlb olunub.