Rusiyanın Leninqrad vilayətində Azərbaycanın axtarışa verdiyi şəxs saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşı axtarışa olmasına baxmayaraq, Sankt-Peterburq şəhərinin Mərkəzi rayonunda yerləşən Rusiya Dövlət Qvardiyasının Baş İdarəsinə gəlib. Güc stukturunda işləmək üçün müraciət edən azərbaycanlının vətənində axtarışda olması müəyyən olunub.
Belə ki, adı açıqlanmayan şəxs Azərbaycan Cinayət Məclləsinin 177.4 (oğurluq) və 272.2 (qanunsuz informasiya əldə etmə) maddələri ilə axtarışa olub.
Hazırda saxlanılan azərbaycanlının Rusiyadan deportasiyası gözlənilir.