Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb:
“Hazırda İlahə Avcının səhhəti normaldır. Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.”