Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq.
Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Xaçmaz şəhəri, Çənlibel parkı, Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.