Modern.az

“Avtobus islahatı başa çatıb” – Nəqliyyat Nazirliyi rəsmisi

“Avtobus islahatı başa çatıb” – Nəqliyyat Nazirliyi rəsmisi

Current

31 Yanvar 2013, 17:02

İctimai nəqliyyatda təkrarlanan marşrut xətlərinin ixtisarından sonra yenə bəzi xətlərin ixtisar ediləcəyi ilə bağlı fikirlər səslənir. Bundan başqa, avtobusların nömrələrinin yenisi ilə əvəzlənəcəyi barədə də yazılır. Bununla bağlı Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, avtobusların yenidən nömrələnməsi gözlənilmir. “Təkrarlanan marşrut xətləri ixtisar olunanda, avtobuslar nömrələndi. Belə ki, 1-99 qədər şəhər daxilində, 100-dən yuxarı rəqəmlər isə şəhər ətrafında hərəkət edənlərdir. Yenidən nömrələnməyə ehtiyac yoxdur. İxtisarlardan sonra 174 marşrut xətti qalıb. Bunlarda da 2321 avtobus fəaliyyət göstərir. Demək olar ki, islahatlar başa çatıb. Hələ ki marşrut xətlərində ixtisarlar gözlənilmir. Ola bilər ki, bir-iki marşrutda yenə araşdırmalar aparacağıq. Söhbət ləğv etmədən və kütləvi ixtisarlardan getmir”.

  Nazirlik rəsmisi yeni taksi meydançalarının yarıdan çoxunun hazır olduğunu və digərlərində bu il hazırlanacağını deyib: “Yeni taksi meydançaları 79 yerdə sxematik olaraq hazırlanıb və yaradılıb. Ümumiyyətlə, onların sayı 134 olmalıdır. İl ərzində də bu işlər davam etdiriləcək. Hazırda 79 yerdə fəaliyyət göstərir. Yeni taksilərin gətirilməsi ilə bağlı söhbətlər aparılır, hələ ki dəqiq deyil. Ola bilsin ki, bu il ərzində bu haqda söhbət olsun. Gətirilən 1203 taksi qanuni şəkildə fəaliyyət göstərir. Bunlardan 1000 ədədi “London taksisi”dir”.

 

 

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı