Modern.az

“Putin Ukraynada heç nəyə nail olmayıb” - Pentaqon

“Putin Ukraynada heç nəyə nail olmayıb” - Pentaqon

Aktual

7 Aprel 2022, 09:52

“Rusiya diktatoru Vladimir Putin müharibədə heç bir strateji məqsədə nail ola bilmədi. Eyni zamanda, Ukrayna yaxşı nəticələr göstərir və müharibədə qalib gələ bilər”.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi keçirdiyi brifinqdə bildirib.


"Əlbəttə, ukraynalılar qalib gələ bilərlər. Putin isə Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib", - Kirbi bildirib.


Pentaqonun sözçüsü vurğulayıb ki, Putin nə Kiyevi tuta bilib, nə də Ukrayna hökuməti devirilib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Federasiyası Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.


"Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən, Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar Nikolayevi cənubda tutmayıblar. Ona görə də mən hesab edirəm ki, Ukraynanın əldə etdiyi nəticələr müharibədə onun qalib gələ biləcəyini göstərən sübutlardı”, - deyə o bildirib.


Eyni zamanda, Kirbi qeyd edib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.


"Putin düzgün addım atsa, bu gün bitə bilər: qoşunları çıxarar, onları evə göndərər və Ukraynanın suverenliyinə hörmət edər. Lakin o, başqa yol seçdi", - Kirbi əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı