Şimali Koreyada koronavirusa ilk yoluxma qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, mayın 8-də Pxenyan sakinlərindən götürülən analizlərdə 1 nəfərin analiz nəticələri ümsbət çıxıb. Onda "Omicron" ştamının yarımnövü aşkarlanıb.
Bununla bağlı KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.