Modern.az

Cənubi Koreya Ukraynaya bir milyonluq yardım göndərəcək

Cənubi Koreya Ukraynaya bir milyonluq yardım göndərəcək

Aktual

26 May 2022, 12:38

Cənubi Koreya növbəti yardım partiyası olaraq Ukraynaya 1,1 milyon dollar dəyərində qaz maskaları və filtrlər göndərməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Yardımın növbəti - üçüncü partiyası radiasiya, kimyəvi və bioloji müdafiə üçün zəruri olan əşyalarla təmin olunacaq.

 

Bundan əvvəl Seul Kiyevə dəbilqə, zireh və dərman kimi öldürücü olmayan hərbi əşyalar göndərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı