Modern.az

"Neftçi"dən yeni transfer 

Aktual

24 İyun 2022, 20:55

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan qanalı hücumçu Qodsvey Donyonun keçidini açıqlayıb.

 

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş 28 yaşlı forvard Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı oyunçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

"Ağ-qaralar" daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı