Modern.az

Dəhşətli qəza: 14 nəfər yanaraq öldü

Dəhşətli qəza: 14 nəfər yanaraq öldü

مورد توجه

1 İyul 2022, 13:25

Qonşu İranda dəhşətli yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə, İranşəhrdə qeydə alınan qəza nəticəsində 14 nəfər həlak olub. 

 

Xəbərdə qeyd olunub ki, “Peugeot” markalı iki minik avtomobili toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsində güclü yanğın olub. Hadisə zamanı 11 nəfər yerindəcə, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.

 

Ölənlərin kimliyi müəyyənləşdirilir. Qəzanın ilkin səbəbi hələlik açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı