Modern.az

Müəllimlər tədris olmadığı halda maaş alıblar - NAZİR

Müəllimlər tədris olmadığı halda maaş alıblar - NAZİR

Aktual

14 Oktyabr 2022, 12:00

Musiqi və incəsənət məktəblərində bəzi müəllimlər tədris olmadığı halda maaş alıblar.

 

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müəllim və şagirdlərin davamiyyətinin yoxlanılması üçün hər bir məktəbdə barmaq izləri ilə bağlı cihazlar quraşdırılıb:

 

“Bunun nəticəsində həmin məktəblərdə şagirdlərin və müəllimlərin dərsə gəlib-getməsi prosesinə nəzarət ediləcək. Həmçinin bu nəzarət digər bir problemin aradan qaldırılması deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı