Modern.az

Banklarda dollara tələb artıb

Banklarda dollara tələb artıb

Aktual

1 Noyabr 2022, 13:34

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Modern.az xəbər verir ki, hərracda tələb 65,6 ABŞ dolları olub və tam təmin edilib.

 

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 75,8% və ya 28,3 mln. ABŞ dolları artıb.

 

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 37,3 mln. ABŞ dolları təşkil etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı