Modern.az

Akşener qayıtdı, Ramiz Rzayev getdi... - Modern.az-ın icmalı

Akşener qayıtdı, Ramiz Rzayev getdi... - Modern.az-ın icmalı

Aktual

7 Mart 2023, 10:02

Martın 7-si erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizin dəfni, Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi və Türkiyə siyasətində "Altılı Masa"nın bərpa edilməsi, müxalifətin vahid namizədinin seçilməsi gündəmdə idi.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı şəhid olan 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu son mənzilə yola salınıb.

 

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

 

Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş verən hadisənin detallarını açıqlayıb və Rusiya Müdafiə Nazirliyinin ittihamlarına cavab verib. Açıqlamada, həmçinin separatçılara xəbərdarlıq edilib. Mətbuatda Ermənistandan Azərbaycan ərazilərinə qeyri-qanuni hərbi daşımaların görüntüləri yayılıb. Rusiya, ABŞ, Avropa İttifaqı, NATO Qarabağda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

 

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.  Bononu qeyd edib ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır. Prezident İlham Əliyev martın 6-da, həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladıb və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

 

Dünən, həmçinin TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilib. İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair Komissiya iclasının hesabat məruzəsinin layihəsi və "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi müzakirə olunub. TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının növbəti iclasının Qazaxıstanda keçirilməsi qərara alınıb.

 

2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib. Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər edəcəyi açıqlanıb. 9-10 mart tarixlərində baş tutacaq səfər çərçivəsində Eqils Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. 

 

Dünən Türkiyə siyasətində qızğın proseslər baş verib. Müxalifətin yaratdığı "Altılı masa"dan ayrılan İYİ partiyasının sədri Meral Akşener yenidən masaya qayıdıb və CHP lideri Kemal Kılıçdaroğlunun vahid namizəd olmasına razılıq verib. Akşener Ankara və İstanbul bələdiyyə sədrlərinin vitse-prezident olma şərti ilə Kılıçdaroğlunun namizədliyinə razı olub. Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib ki, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Onun sözlərinə görə, seçkilərlə bağlı qərar martın 10-da qəbul ediləcək.

 

Ukrayna cəbhəsində əsas diqqət Baxmut istiqamətində olub. Almaniya mətbuatında Bəxmutun müdafiəsi ilə bağlı Ukrayna hakimiyyəti daxilində fikir ayrılığı yaranması barədə məqalə dərc olunub. Məqalədə bildirilib ki, Zelenski Baxmutun müdafiəsini dəstəkləsə də, generallar bu fikri bölüşmür. Ancaq Ukraynanın rəsmi məlumatında bu xəbər təkzib edilib və generallar müdafiə əməliyyatının davam etdirilməsinin və Baxmutda mövqelərin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.

 

"Vedemosti" qəzeti yazıb ki, Suriya prezidenti Bəşər Əsəd bu il martın ortalarında Rusiyaya rəsmi səfər edəcək. Əsəd Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan isə bildirib ki, Ərdoğanın Bəşər Əsədlə görüşü Türkiyədəki seçkilərdən sonra baş tuta bilər. 

 

Dünən Pakistanda polis maşınına bomba qoyulub. Terror aktı nəticəsində 9 nəfər həyatını itirib. Estoniyada keçirilən parlament seçkilərində ölkənin hazırkı baş naziri Kaya Kallasın rəhbərlik etdiyi İslahat Partiyası qalib gəlib. Hakim siyasi partiya 31,2% səslə birinci olub. İkinci yerdə 16,1% səslə Mühafizəkar Xalq Partiyasını qərarlaşıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

“Məni mən edən atam və həyat yoldaşım olub” - Deputatla MÜSAHİBƏ

Stalindən 49 il sonra... - Tehran konfransı - Azərbaycanlı jurnalistin QEYDLƏRİ

Britaniya kəşfiyyatı: Rusiya 60 illik tankları istifadə edir

Rusiya erməni təxribatlarına niyə SUSUR...

Azərbaycanda su qıtlığı var - Akademik

Azərbaycan hərbi güc reytinqində 57-ci yerdədir

Rusiyada demoqrafik böhran - Əhali daha da azalacaq

Nurlana Əliyeva yenə məhkəməyə gəlmədi - Hakimdən tələb

“Şəhriyar deyirdi ki, məni boynumdakı dəmir qoruyur” – Şəhidin müəllimi

Separatçılar yeni təxribata HAZIRLAŞIR

Yaxın günlərdə Laçın dəhlizində postlar qurulacaq

Cehiz vacibdir, yoxsa təhsil? - DİM sədri valideynlərdən şikayətləndi

Buraxılış imtahanı ilə bağlı ŞİKAYƏTLƏR - Suallar çox qəliz idi

Gəncədə maskalı şəxslər marketə basqın etdilər - VİDEO

Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK

Rusiya QH-də müşahidəçi olacaq - Azərbaycanın sədrliyi dövründə

Lukaşenkonun rəqibinə 15 il həbs verildi

Repressiya qurbanları: Mir Cəfər Bağırovdan hədiyyə alan Salman bəy

Muharrem İnce: Prezident seçilsəm, Azərbaycana daha çox dəstək verəcəm - VİDEO

Türkiyədə seçki çəkişməsi böyüyür: gözləntilər nədir?

Rusiya İrandan buna görə ballistik raket almır - SƏBƏB

Ruslar Baxmutda Ukraynadan 5 dəfə çox itki verib

Ət niyə bahalaşır?  - Ekspert səbəbini izah etdi

Prezident bir qrup qadını təltif etdi - SİYAHI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı