Modern.az

Rusiyada 37 yaşlı azərbaycanlı zavod direktoru vəfat etdi

Rusiyada 37 yaşlı azərbaycanlı zavod direktoru vəfat etdi

Allah rəhmət eləsi̇n

6 Aprel 2022, 10:43

Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında vəfat edib.

 

Bu barədə Modern.az-a Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı məlumat verib.

O bildirib ki, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov Moskvada ürəktutmasından vəfat edib.

 

Elvin Məmmədov Saxa-Yakutiya Dövlət Məclisinin üzvü, Saxa Azərbaycanlılarının Diaspor Təşkilatının başçısı, tanınmış xeyriyyəçi Əliş Məmmədovun oğludur.


“Əliş müəllimə, bütün doğmalarına başsağlığı verir, kədərlərini bölüşür, səbr diləyirəm”,- Ə.Qoşalı bildirib.


Allah rəhmət eləsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı