Modern.az

Antalyada 4.5 ballıq ZƏLZƏLƏ

Antalyada 4.5 ballıq ZƏLZƏLƏ

World

10 Avqust 2023, 17:28

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 12.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı