Modern.az

Rəsulzadələr olmasaydı...

Rəsulzadələr olmasaydı...

Ülke

31 Yanvar 2012, 13:18

Rəsulzadə kimi dahi öndəri, əbədiyaşar lideri olan bir millət, bir dövlət hər zaman azad, firavan, xoşbəxt olmağa layiqdir və bunu birmənalı-istisnasız olaraq haqq edir. Rəsulzadələr olmasaydı, bu gün Uca millətimizin və dövlətimizin imzası imzalar içərisində olmazdı. Bunu da net və birmənalı olaraq qeyd edirəm. Məhz Rəsulzadə kimi  dahi, müdrik, tarixi şəxsiyyətlərin fədakar, yorulmaz, ölçüyəgəlməz fəaliyyəti, gərgin mübarizəsi, mücadiləsi nəticəsində  böyük Türk Millətinin-Türk Dünyasının bir parcası, onun göz bəbəyi olan Azərbaycanımız (hələlik Şimali Azərbaycanımız) və Azərbaycan türkləri 20-ci əsrdə iki dəfə müstəqilliyiniə, azadlığına qovuşdu. Düzdür, o zamankı  fars və rus zehniyyətlilərin xəyanətkarlığı, həmçinin, ruslar, ermənilər başda olmaqla millətimizin, dövlətimizin açıq- gizli düşmənlərinin əlbir olması "sayəsində" müstəqilliyimizin ömrü  uzun çəkmədi,  Şimali Azərbaycanımız yenidən alçaqcasına işğal olundu, ancaq Rəsulzadə bulağından su içmiş azadlıq və demokratiya mübarizlərinin sayəsində Azərbaycanımız düz 71 il sonra ikinci dəfə müstəqilliyini qazandı, əldə etdi.

Heç kimə sirr deyil ki,  bu gün də müstəqilliyimizi gözü götürməyənlər, onu beşiyindəcə boğmaq istəyən fars-rus zehniyyətlilər, İran, Rusiya, onların bic övladları Ermənistan (Hayastan) kimi, digər açıq-gizli düşmən dairələr, qüvvələr, ölkələr var və onlar heç də az deyillər. Onlar ağız-ağıza veriblərmiş kimi, fürsət, məqam gözləyirlər ki, yenə də Şimali  Azərbaycanımızı, Azərbaycan türklərini azadlığından, müstəqilliyindən məhrum etsinlər, onu yenidən əsarətləri altında inlətsinlər. Amma bu dəfə onlar bunu bacarmayacaqlar, edə bilməyəcəklər! Rəzulzadə demişkən, bir kərə yüksələn bayraq, bir daha enməz! Bu bayrağı şər dairələri və məkrli qüvvələr bir dəfə endirməyə cəhd etdilər, buna haradasa bir müddət belə demək mümkünsə,  nail  ola bildilər, amma Azadlıq meyvəsini dadmış, tarixin bir çox imtahanlarından şərəflə  çıxmağı bacara bilmiş  millətimiz-Azərbaycan türkləri onu-həmin üçrəngli, ay-ulduzlu bayrağımızı tam enməyə imkan vermədilər, öz qanları, canları bahasına o müqəddəs bayrağı ötən əsrin sonlarında ikinci dəfə göylərə ucaltdılar, Şimali Azərbaycanımızı  yenidən  öz azadlığına, müstəqilliyinə qovuşdurdular.

Bu gün təəssüf hissi  və ürək ağrısı ilə onu da deməliyəm ki, Rəsulzadə başda olmaqla bir çox azadlıq, müstəqillik, ikişaf, tərəqqi, demokratiya mücahidləri öz layiq olduqları qiyməti, haqq ediklərini tam ala bilməyiblər. Onlara qarşı hələ də rus və fars zehniyyətlilərin qısqançlığı, hətta, kini-küdurəti var. Amma bir kərə yüksələn bayraq, bir daha enmədiyi kimi, bu azadlıq və müstəqillik mücahidlərinin, xüsusilə də, dahi Məhəmməd Əminin haqqı, haqq etdikləri danıla bilməyəcək. Onlar-həmin zehniyyət sahibləri nə qədər cəhd etsələr də, bu böyük şəxsiyyətin və onun davamçılarının əməyini, zəhmətini  dana bilməyəcəklər və gec-tez onlar layiq  olduqlarını, haqq etdiklərini alacaqlar, əldə edəcəklər. Dövlətimiz, dövlət rəhbərliyimiz, ələlxüsus, hörmətli prezidentimiz İlham Əliyev cənabları və onu  həyat yoldaşı, birinci ledimiz, mədəniyyətimizin, muğamımızın əsl cəfakeşi Mehriban xanım Əliyevanın sayəsində dahi öndər  Məhəmməd Əmin Rəsulzadə və onun  yolunun davamçıları öz haqq etdiklərini alacaqlar.

Allah- təala bir daha bu böyük şəxsiyyətin qəbrini nurlu, məkanını cənnətlik etsin, bizlərə- millətimizə, Azərbaycanımıza, Türk Dünyamıza isə əsl səadət, tərəqqi, inkişaf, mənəviyyatlı hürr bəxş etsin. Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı