Azərbaycan Xarici İşlər Nazirliyi 8 aprel 2012-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Tsinxvalidə-Cənubi Osetiyada 8 aprel 2012-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır".