Modern.az

“Kiyevə rus bayrağı asana “Volqa” maşınımı HƏDİYYƏ edəcəyəm”

“Kiyevə rus bayrağı asana “Volqa” maşınımı HƏDİYYƏ edəcəyəm”

Eğitim

6 May 2014, 12:41


Modern.az
saytı bildirir ki, Rusiya Dövlət Dumasının vitse-spikeri qalmaqallı siyasətçi Vladimir Jirinovski Luqansk sakinlərinə şəxsi “Tiqr” markalı “Jeep” maşınını hədiyyə göndərib.

““Tiqr” yalnız güc strukturlarının xüsusi sifarişi əsasında istehsal olunur. O, xüsusi əmliyyatlar üçün nəzərdə tutulub və istənilən bataqlıqdan keçə bilər. “Tiqr” üzərində odlu silah və müxtəlif qurğular quraşdırılıb”-deyə Jirinovski deyib.

O deyib ki, “Tiqr” hazırda Ukrayna üçün daha lazımlıdır. “İnsanlar qan ağlayır, tibbi ləvazimat, güllə, kamuflyaj və ərzaq istəyirlər. Neç dəfə postlar atəşə tutulmuşdu. İnsanlarsa, silahsız dayanıblar. Mən maşınımı hədiyyə etmək qərarına gəldim çünki, Odessada insaları yandırmağa başladırlar. Bu artıq vətəndaş müharibəsi deyil, terrordur”.

Dumanın vitse-spikeri əlavə edib ki. “Tiqr” zirehli maşınından əlavə onun Ukrayna separatçılarına daha bir maşın hədiyyəsi var. “Hələ bir “Volqa” da var. Maşın köhnədir, Brejnev dövrünündür. Amma içərisi yenidir. Amerika istehsalı mühərriki var. Mən “Volqa”nı Kiyevə daxil olaraq Ali Rada üzərində rus bayrağını asan ilk şəxsə hədiyyə edəcəm”-deyə Vladimir Jirinovski vəd edib.      

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı