Modern.az

Təhsil Nazirliyi orta məktəb psixoloqları haqda əsasnamə hazırlayır

Təhsil Nazirliyi orta məktəb psixoloqları haqda əsasnamə hazırlayır

Təhsil

21 Avqust 2014, 11:59


“Təhsil Nazirliyi psixoloji xidmət haqqında yeni Əsasnamənin hazırlanması sahəsində iş aparır”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Sorğuda həmçinin psixoloqların işə qəbulu yerli təhsili idarəetmə orqanlarına həvalə edildiyi deyilir: “Psixoloqların attestasiyadan keçirilməsi nəzərdə tutulmur. Onların işə qəbulu müsabiqə yolu ilə aparılmır”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin (ümumi orta və tam orta təhsil məktəbləri, xüsusi tipli ümumi təhsil məktəbləri, lisey və gimnaziyalar) ştat cədvəlində 1 ştat vahidi psixoloq vəzifəsi nəzərdə tutulub və həmin vəzifə üçün müvafiq ixtisas tələbləri müəyyənləşdirilib.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı