Modern.az

Ziya Məmmədovun qardaşı qızı yol qəzasında öldü

Ziya Məmmədovun qardaşı qızı yol qəzasında öldü

Təhsil

28 Avqust 2014, 11:21

“Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun ailəsində ağır itki baş verib.

Modern.az saytı oxu.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bakı-Quba magistral yolunda Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobilinin ağır yüklü maşınla toqquşması nəticəsində xanım dünyasını dəyişib.

Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.

Allah rəhmət eləsin!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı